“Eurosatory 2022”| “General Dynamics” hibrid mühərrikli hərbi yük maşını təqdim edib

2022/06/GDELS-1655201153.jpg
Oxunub: 4409     11:00     16 İyun 2022    
“General Dynamics European Land Systems” şirkəti Fransada keçirilən “Eurosatory 2022” sərgisində “Duro” adlı hərbi yük maşınlarını təqdim edib.

Ordu.az xəbər verir ki, unikal dizayn edilmiş modul konstruksiyası ilə “Duro” qoşunların daşınması, komanda və idarəetmə, logistikadan tutmuş təcili yardım maşınına qədər bir çox konfiqurasiyada dəyişdirilə bilər.

Sərgidə əsasən İsveçrə ordusu tərəfindən istifadə edilən “Duro” maşınlarının 4x4 təkər formullu versiyaları təqdim olunur. Ən yeni texnologiyaya malik maşınlar hibrik mühərriklidir.

DURO-e əsas xüsusiyyətləri və əməliyyat üstünlükləri:

- Rəqəmsal avtomobil arxitekturası;
- Həm dizel, həm də elektrik mühərrik
- Səssiz idarəetmə imkanları;
- Aşağı istilik və səs-küy imzası;
- Yüksək enerji səmərəliliyi və özünü təmin edən enerji təchizatı


Sevinc Əliyeva  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurosatory   GDLES  


Bizi "telegram"da izləyin